RU

“Bu addım Qərb bürokratlarını çox qəzəbləndirib” - Xodorkovski açıqladı

“Ukrayna ordusunun Rusiyanın qərbində yerləşən Kursk bölgəsinə qəfil hücumundan üç həftə sonra bu əməliyyat savaşın önəml ünsürü olaraq qalır”.

“AzPolitika” xəbər verir ki, bunu Rusiya müxalifətinin tanınmış simalarından Mixail Xodorkovski "Nastoyaşeye Vremya"ya müsahibəsində deyib.

Xodorkovski sentyabrın 1-də Praqada keçirilən "Globsec" beynəlxalq təhlükəsizlik konfransındakı çıxışında Putinə ölkə içində dəstəyin azalmasının səbəbini iki ildən çox Ukrayna ərazisində gedən müharibənin Rusiya ərazisinə də keçməsinə bağlayıb: "Rusiya dövlətinin …insanlara yardımı, açıq-aşkar, qeyri-adekvatdır. Putinin 10 min rublu [110 dollar], olsa-olsa, insanların üzünə tüpürməkdir. Xalq da bunu məhz belə anlayır. Belə təpki Ukraynayla savaş üçün Rusiya hökumətinin yeni …səfərbərlik elan etməsini hətta əvvəlkindən də riskli edir… Müharibəni ümummilli işə çevirmək qərarı Putinin verməyə qorxduğu qərardır".

Putin hökuməti müharibə yorğunluğunun qarşısını almaq üçün mediadan yararlanaraq geniş kütləni müharibənin olmadığına inandırıb.

"O, müharibə getdiyi hissini yaradar-yaratmaz, vaxt onun əleyhinə işləyəcək. "Xüsusi hərbi əməliyyat"ın artıq xeyli vaxtdır davam etdiyini nəzərə alsaq, onun nə qədər vaxtının qaldığını bilmirik", - Xodorkovski belə deyir.

Ukrayna üçün bu hücum Qərbdəki tərəfdaşlarını Rusiyaya qarşı hücum əməliyyatları ilə bağlı hər hansı "qırmızı xətlər" qoymağın mənasızlığına inandırmaq çabasıdır.

"Aydındır ki, bütün ölkələrdə, özəlliklə Birləşmiş Ştatlarda bürokratlar çox qorxaqdırlar. Ukraynalılar sübut etməlidirlər ki, qırmız xətlər mövcud deyil, ya da, ən azı, burada deyil. Bu addım Qərb bürokratlarını çox qəzəbləndirib. Düzdür, hələlik, onlar bunu göstərməyiblər. Ancaq onların xoşuna gəlsə də, gəlməsə də, ukraynalılar “qırmızı xətlərin” bu bürokratların təsəvvür etdiyi yerdə olmadığını göstərdilər. Bu mənada bu hücum çox önəmlidir", - Xodorkovski deyib.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
35
1
azpolitika.info

1Источники