RU

"Bu, sülh müqaviləsindən sonra mümkün olacaq" - Xandanyan

Avropa Birliyinin (AB) Ermənistandakı müşahidə missiyası sülh müqaviləsinin imzalanmasından sonra çıxarıla bilər.Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan AB missiyasının ölkəsindən çıxarılması barədə Bakıdan verilən açıqlamaya istinadla deyib.“Sülh müqaviləsi bağlananda, sərhədlərin delimitasiyası prosesi başa çatanda və regional sülh yarananda, monitorinqə ehtiyacın qalmaması məntiqli ola bilər, amma bu dəqiqə belə bir məsələ müzakirə olunmur”, - komitə sədri bildirib.Sülh müqaviləsinə gəlincə, Xandanyan qeyd edib ki, sazişin hansı platformada və ya kimin vasitəçiliyi ilə imzalanması məsələsi açıq qalır:“Hansısa formatda ikitərəfli şəkildə imzalamaq olar, üçüncü bir ölkədə də imzalamaq mümkündür, istənilən variant istisna edilmir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
31
2
dia-az.info

3Источники