RU

Azərbaycanda əhaliyə daha bir xəbərdarlıq edildi

Sentyabrın 5-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir 13.9-20.7 m/san (sarı xəbərdarlığa uyğun olaraq) təşkil edəcək.


Bu barədə Pravda.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.


Bildirilib ki, sentyabrın 5-i gündüzdən 7-si gündüzədək isə bölgələrdə fasilələrlə qərb küləyi Naxçıvan, Şahbuz, Culfa, Ordubad, Tovuz, Ağstafa, Bərdə, Yevlax, Tərtər, Mingəçevir, Beyləqan, Ağdam, Füzuli, Ağcabədi, Samux, Xaçmaz, Şabran, Siyəzən, Hacıqabul, Neftçala, Salyan, Saatlı, Sabirabad, Ağsu, Balakən, Şəki, Zaqatala, Şamaxı, Qobustan, Astara, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvarda arabir 13.9-20.7 m/san təşkil edəcək. Bu, sarı xəbərdarlığa uyğundur.


Həmçinin Gəncə, Goranboy, Naftalan rayonlarında isə fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir ki, bu da narıncı xəbərdarlığa uyğundur.

Tarix: 4 Sentyabr 2024, 16:42   
Избранный
54
49
pravda.az

10Источники