Almaniya hələ də “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinin bombalanması ilə bağlı araşdırmanın mənalı nəticələrini təqdim etməyib.
Yeniazərbaycan.com RİA Novostiyə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Rəsmi Berlin təxribatın hallarının araşdırılması ilə bağlı vəziyyəti düzgün istiqamətdə inkişaf etdirməyə çalışır... Lakin hələlik konkret nəticə təqdim edilməyib”, - deyə o qeyd edib.
Havar Şəfiyeva