RU

Prokurorluq həmin bəraətlə bağlı protest verdi

ProkurorluqProkurorluq bir milyon manatdan çox dələduzluqda təqsirləndirilən şəxsə bəraət verilməsi ilə bağlı hökmdən protest verib.Azər İsmayılovun Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Binəqədi RPİ-də istintaq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.Məhkəmənin 15 avqust 2024-cü il tarixli hökmü ilə Azər İsmayılova bəraət verilib. Qeyd edilən bəraət hökmündən sentyabrın 3-də dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilib.Qeyd edək ki, A.İsmayılov 1 milyon 200 min manatlıq dələduzluqda ittiham olunub. Belə ki, o, xarici ölkələrdən ölkəmizə ət və ət məhsullarının tədarükü ilə məşğul olub. İş üzrə 8 zərərçəkən şəxs olub. Azər İsmayılov həmin şəxslərin etibarından sui-istifadə edərək onların pulunu mənimsəməkdə təqsirləndirilib.A. İsmayılova qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.Bakı Ağır Cinayətlər Məhkəməsi Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi müəyyən edilmədiyindən Azər İsmayılov barəsində bəraət hökmü çıxarıb.“Qafqazinfo”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
81
15
yenisoz.az

10Источники