RU

Şimali koreyalı idmançıları cənublularla selfi çəkdirdiklərinə peşman etdilər

Şimali Koreya idmançıları Ri Conq-Sik və Kim Kum Yong Paris Yay Olimpiya Oyunlarında Cənubi Koreya təmsilçiləri ilə selfi çəkdirdikdən sonra ideoloji nəzarətə məruz qalıblar.

Publika.az xəbər verir ki, hadisə stolüstü tennis üzrə cütlərin qarışıq yarışının mükafatlandırılma mərasimi zamanı baş verib.

Şimali Koreya idmançıları və Milli Olimpiya Komitəsinin üzvləri avqustun ortalarında vətənə qayıtdıqdan sonra bir aylıq ideoloji təmizlənmədən keçiblər. Bu, kommunist dövlətindən kənar həyatla üzləşmiş idmançılar üçün standart prosedurdur.

Şimali Koreya hökumətinin özünün “bir nömrəli düşməni” kimi təsvir etdiyi bir ölkənin idmançıları ilə birlikdə poza verərkən gülümsədiklərinə görə idmançıları tənqid ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
20
publika.az

1Источники