RU

Banklar kredit kartları ilə bağlı qaydaları sərtləşdirir - Nələrə diqqət ediləcək?

Mərkəzi Bankın keçirdiyi sorğuya əsasən banklar 2024-cü ilin III rübündə əməkhaqqı kreditləri üzrə standartlarda dəyişiklik olmayacağını və kredit kartları üzrə standartlarda sərtləşmələrin yer alacağını proqnozlaşdırırlar. Sorğu nəticələrinə əsasən ümumi istehlak kreditlərinə tələb artıb. Sorğuda iştirak edən respondentlərin cavablarına görə, bu artım əsasən əməkhaqqı kreditləri və məişət avadanlıqlarının alınması üzrə verilən kreditlər hesabına olub.  
 
Bankların kredit kartları üzrə standartlarda sərtləşmələrlə bağlı addım atmasının səbəbləri nədir? Hansı srətləşmələrə gedilə bilər?

Mövzunu Valyuta.az-a şərh edən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, banklar son dövürlər riskləri düzgün qiymətləndirə bilmir:

“Buna görə də əksər hallarda kredit kartlarının verilməsindən sonra problemli kreditlərin həcmi artır. Qaydaların sərtləşməsinin səbəblərindən biri bu ola bilər”. 

“Ekspert qeyd edib ki, banklar kredit kartları verərkən çox sadə şərtlər qoyur:

“Məsələn, banklar şəxsin rəsmi əmək haqqının olması ilə kifayətlənərək onlara kart verirlər. Ancaq onlar diqqət etməlidirlər ki, kart sahibinin ailə üzvünün sayı nə qədərdir, himayəsində neçə ailə üzvü var və s. Banklar son dövrlər riskləri düzgün ölçmürlər”. 

“Görünür ki, qaydaları sərtləşdirməklə kredit kartlarını hər kəsə verməməyi planlaşdırırlar. Lakin qaydalar açıqlanandan sonra bankların hansı yenilik və sərtləşdirmələrə gedəcəyini görəcəyik”, deyə ekspert bildirib. 

Davud

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
26
valyuta.az

1Источники