RU

Foden, Palmer və Uotkins İngiltərə millisindən ayrı düşdülər

Yarımmüdafiəçilər Koul Palmer, Filip Foden və hücumçu Olli Uotkins İngiltərənin yığmasının sentyabrdakı toplanışında iştirak etməyəcəklər.

Arena.az bu barədə “Athletic” dərgisinə istinadən məlumat verir:

“Futbolçular hazırkı zədələrinə görə bərpalarını davam etdirmək üçün klublarına qayıdıblar”, – dərgi “üç şir”in mətbuat xidmətinə istinad edir.

Xatırladaq ki, Foden “Mançester Siti”nin İngiltərə Premyer Liqasının 2-ci turunun “İpsviç Taun”la oyununda (4:1) “şəhərlilər”in heyətinə daxil edilməyib.

İngiltərə yığmasını hazırda müvəqqəti olaraq irland mütəxəssis Li Karsli çalışdırır. Sentyabrda keçiriləcək UEFA Millətlər Liqası oyunlarında “üç şir” İrlandiya (7 Sentyabr) və Finlandiya (10 Sentyabr) yığmaları ilə qarşılaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
32
arena.az

1Источники