RU

Rusiyalı qadın 350 miqrantı öz mənzilinə qeydiyyata salıb və...

...Sankt-Peterburqda yerli sakin öz mənzilinə 350 miqrantı qeydiyyata saldığı üçün saxlanılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “78.ru” Rusiyanın şəhər və Leninqrad vilayəti üzrə İstintaq Komitəsinə (İK) istinadən xəbər verir.

Deməli, 2021-2024-cü illər arasında qadın 350-dən çox xarici vətəndaşı qeydiyyata alıb. Qeyd olunur ki, bu ünvan həmin şəxslər üçün faktiki ünvan olmayıb - onlar orada yaşamağı planlaşdırmayıblar.

Müstəntiqlər mənzildə axtarış aparıb və miqrantların qeydiyyat üçün zəruri olan sənədlərinin surətləri, habelə dövlət rüsumunun ödənilməsi barədə qəbzlər aşkar ediblər.

Həbs zamanı mənzil sahibi etiraf edib ki, insanları pulla qeydiyyata salıb.

Hazırda onun barəsində qabaqlayıcı tədbirin seçilməsi məsələsi həll edilir. Sənədlərdə görünən xarici ölkə vətəndaşları məsuliyyətə cəlb edilib.

Daha əvvəl bildirilmişdi ki, Amur vilayətində polis 100-dən çox miqrantı qondarma qeydiyyatdan keçirmiş 44 yaşlı qadını müəyyən ediblər.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
103
27
sia.az

10Источники