"Araz-Naxçıvan" heyətini yeni mərkəz müdafiəçisi ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, "qırmızı-ağlar" İssouf Paronu transfer ediblər. Futbolçu bu gün tibbi yoxlanışdan keçib və 1 illik müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Burkina Fasodan olan 29 yaşlı futbolçu karyerasına vətənində “Ouagadougou” klubunda başlayıb və müxtəlif illərdə Cənubi Afrikanın “Santos”, Fransanın “Çamois Niort”, “Concarneau” komandalarında çıxış edib.