RU

Yevlax Pilot Aqroparkda daha bir şirkətə resident statusu verilib

Yevlax

Bakı, 3 sentyabr, AZƏRTAC

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkda “Aran Zeytun” MMC-yə rezident statusu verilib.

İZİA-dan AZƏRTAC-a bildirilib ki, yeni rezident tərəfindən aqroparkın 28,5 hektar ərazisində investisiya həcmi 262 min manat olan intensiv meyvə bağları salınacaq. Layihə çərçivəsində 3 nəfərin daimi, 5 nəfərin isə mövsümi işlə təmin edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, indiyədək Yevlax Pilot Aqropark üzrə 2007 hektar sahədə 36 sahibkarlıq subyekti rezident kimi qeydiyyata alınıb. Rezidentlər tərəfindən ümumilikdə 52,9 milyon manatadək özəl investisiyanın yatırılması ilə 314 nəfər üçün daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bugünədək rezidentlər tərəfindən 29,8 milyon manat investisiya qoyulmaqla 92 daimi, 190 mövsümi iş yeri açılıb. 19 rezident tərəfindən 991 hektar ərazidə əkin işləri aparılıb, 409 hektar sahədə meyvə bağları salınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
41
4
azertag.az

10Источники