RU

Türkiyə BRİKS-ə inteqrasiya edir

Türkiyənin BRİKS-ə qoşulması Rusiyanın xarici ticarətinə təsir etməyə bilər. Mənbələr bunun səbəbini Türkiyənin Avropa İttifaqına üzvlük danışıqlarında uğursuzluqla əlaqələndirirlər ki, bu da Rusiya biznesində skeptisizm yaradır.

Fins.az xəbər verir ki, xarici işlər naziri Sergey Lavrov iki ay əvvəl BRİKS-in yeni üzvlər qəbul etməyə “fasilə” verdiyini açıqlamışdı. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə bu ilin Kazanda keçiriləcək sammitdə yeni iştirakçıların “qeydiyyatdan keçəcəyini” bildirmişdi. Bloomberg-in məlumatına görə, BRİKS oktyabr ayında Avropa İttifaqının mövqeyinə cavab olaraq Türkiyəni birliyə qoşulmaq üçün dəvət edə bilər.

Politoloq Aleksandr Safonov Ankaranın bu təşəbbüsünü təəccüblü hesab etmir. O bildirir ki, Türkiyə Avropa və Asiya arasında strateji ticarət yollarında yerləşdiyindən, mümkün qədər çox iqtisadi əlaqələr qurmağa çalışır. BRİKS-ə qoşulmaq isə ona Çin, Rusiya və İranla daha güclü əlaqələr qurmaq üçün yeni imkanlar açacaq.

Kaira Agayeva 

Fins.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
123
49
fins.az

10Источники