RU

Hindistan Rusiya ilə hesablaşmalar üçün SWIFT-in analoqunu yaratmaq istəyir

“Businessline” nəşri mənbələrə istinadən yazır ki, Hindistan Ehtiyat Bankı (RBI) Rusiyanın SWIFT sisteminə alternativ olaraq öz maliyyə əməliyyatları mexanizmini yaratmaq təklifini “məqbul” hesab edir. Rusiya tərəfinin təklifi ilə bağlı müzakirələr hələ də davam edir, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

“RBI bu təklifin mümkün olduğuna inanır, lakin danışıqlar hələ də davam edir. Bu, diplomatik baxımdan həssas məsələdir, ona görə də daha çox diqqət yetirilməlidir”, – mesajda deyilir.

2022-ci ilin mart ayının sonunda “The Economic Times” Rusiya və Hindistanın ölkələr arasında ödənişlər üçün SWIFT-in analoqunu yaratdığını yazmışdı. İyulda nəşr bildirib ki, ölkələr arasında sürətli köçürmə mexanizminin hazırlanması Rusiya prezidenti Vladimir Putin və Hindistanın Baş naziri Narendra Modi arasında sonuncunun Moskvaya səfəri zamanı müzakirə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
82
50
banker.az

10Источники