RU

47 il əvvəl mağarada donmuş cəsədi tapılan şəxsin kimliyi müəyyən edildi

ABŞ-da 47 il əvvəl Pensilvaniya ştatında mağarada donmuş halda cəsədi tapılan "The Pinnacle Man" ləqəbli şəxsin kimliyi məlum olub.

Qaynarinfo CNN-ə istinadla xəbər verir ki, bir polis əməkdaşı təsadüfən istintaqın əvvəlində itmiş barmaq izlərinin olduğu qovluq tapıb.

16 yanvar 1977-ci ildə turistlər Pinnacle dağının altındakı mağarada donmuş adam cəsədi tapıb. Polis onu nə xarici görünüşünə, nə paltarına, nə də əşyalarına görə tanıya bilib.

Kişinin ölümünə səbəb narkotikin həddindən artıq dozası olub. Onun bədənində zorakılıqla ölümə işarə edəcək heç bir xəsarət izi olmayıb.

Mütəxəssislər yarılma zamanı kişinin barmaq izini götürüb və diş qeydləri aparıblar. Lakin sonradan izlər itib.
Yalnız 2019-cu ildə polis bu işə qayıdıb. Onlar diş məlumatlarını itkin düşmüş insanların iki hadisəsi ilə əlaqələndirib - Florida və İllinoys ştatlarında. Bundan sonra meyit eksqumasiya edilib.

Məhkəmə ekspertləri daha sonra Milli İtkin düşənlər və Naməlum Şəxslər Sistemində (NamUs) onun qeydlərini yeniləmək üçün DNT nümunələri götürüb. Lakin onlar itkin düşdüyü iddia edilən iki hadisəyə uyğun gəlməyib.

2024-cü il avqustun əvvəlində Pensilvaniya əyalət polisindən İan Kek 1977-ci ildə aparılan yarılmadan itirilmiş barmaq izi kartını tapıb.

O, sənədi təhvil verib və bir saat ərzində FTB-nin barmaq izi mütəxəssisi Pinnacle Man-ın izlərini Pensilvaniya ştatının Fort Vaşinqton şəhərindən itkin düşən 27 yaşlı Nikolas Pol Qrubun izləri ilə uyğunlaşdırıb.

Araşdırmanın nəticələri barədə Qrubbun ailəsi məlumatlandırılıb. Onlar polisdən cəsədi götürüb ailə bağında basdırmağı xahiş ediblər.

Xatırladaq ki, ABŞ-da polis 65 yaşlı kişini 44 il əvvəl törətdiyi qətlə görə həbs edib. Siqaret kötüyünün DNT analizinin köməyi ilə onun kimliyini üzə çıxarmaq mümkün olub.

Alpər

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
113
22
qaynarinfo.az

10Источники