Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi qurumun Aparatı və 27 “ASAN xidmət” mərkəzi üçün dəftərxana - təsərrüfat malları alır.
İqtisadiyyat.az xəbər verir ki, Agentlik bununla bağlı elan etdiyi tenderi yekunlaşdırıb.
Tenderin qalibi “İntellekt M.A” MMC olub və şirkətlə müqavilə bağlanılıb.
Müqavilənin dəyəri isə 2,2 milyon manatdır.