Ermənistanda güllə yarası alan hərbçinin meyiti aşkarlanıb. Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Sentyabrın 2-də saat 10:10-da hərbi hissələrdən birinin təhlükəsizlik zolağında Edqar Aleksanyanın güllə yarası ilə meyiti aşkar edilib”, - məlumatda deyilir. Hadisənin baş vermə şəraitinin aydınlaşdırılması üçün araşdırma aparılır.