RU

Paytaxt klubunda 9 illik müqavilə

Seneqallı hücumçu Nikolas Cekson “Çelsi” ilə müqaviləsini yeniləyib. Matc.az xəbər verir ki, 23 yaşlı forvard London klubu ilə uzunmüddətli sözləşmə bağlayıb. Seneqal millisinin oyunçusu artıq 2033-cü ilin yayına qədər “zadəganlar”a məxsusdu. Premyer Liqa təmsilçisi ona əsas heyət üzvü kimi ümid edir. Qeyd edək ki, Nikolas Cekson “Çelsi”yə ötən ilin yayında “Vilyarreal”dan keçib. O, ötən mövsüm bütün turnirlərdə 44 oyunda 17 qol vurub, 6 məhsuldar ötürmə verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
100
38
matc.az

1Источники