RU

Müşahidəçi olan QHT təmsilçilərinin sayı 4 dəfə ARTIB

Seçki günü ümumrespublika müşahidəçisi olan QHT təmsilçilərinin sayı 2015-ci ildə Milli Məclisə seçkilərdəki göstəricidən 7 dəfə, 2020-ci ildəki parlament seçkilərindəki sayından isə 4 dəfə çox olub.


Modern.az xəbər verir k, bunu “Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyasının 1 sentyabr 2024-cü il tarixində Milli Məclisə növbədənkənar seçkilərin səsvermə gününün müşahidəsi ilə əlaqədar keçirilən brifinqdə Koalisiyanın həmtəsisçisi Zaur İbrahimli deyib.


“Koalisiya 538 nəfər müşahidəçi ilə respublika üzrə 75 seçki dairəsində müşahidə aparıb. Müşahidəçilər Xankəndi, Şuşa, Xocalı, Zəngilan, Füzuli, Laçın, həmçinin Naxçıvan Muxtar Respublikasında da olublar. Müşahidəçilərin hamısı QHT üzvləri, fəalları və könüllüləridir, onlar öncədən seçki müşahidəçiliyi ilə əlaqədar peşəkar təlimlərə cəlb olunublar. Seçki günü məntəqələrdə müşahidə aparmış QHT təmsilçilərindən 20%-i 2 seçki koalisiyasının nümayəndələri olub. Bunlardan biri “Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyası, digəri “Mənim səsim” Seçki Monitorinq Koalisiyası olub.


Koalisiyalarda birləşmədən seçkiləri müşahidə edən xeyli QHT-lər də olub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi bu qəbildən olan təşkilatlardır. Bu seçkilər üzərində ictimai nəzarətin daha yaxşı təmin olunduğunu söyləməyə əsas verir. Müşahidə apardığımız seçki məntəqələrinin əksəriyyətində səsvermə prosesi ümumilikdə normal keçib, “Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyasına namizədlər tərəfindən hər hansı şikayət daxil olmayıb, seçicilərə seçki məntəqəsinin komissiya üzvləri və ya digər şəxslər tərəfindən seçimlərinə təsir edə biləcək təzyiq halları qeydə alınmayıb. Koalisiyanın müşahidəçiləri əsasən hər hansı məhdudiyyət olmadan seçki məntəqələrinə daxil ola bilsə də, bölgələri əhatə edən bəzi rayonlardakı bir neçə məntəqədə müxtəlif bəhanələrlə məntəqə sədrləri buna maneə yaratmağa çalışıb, lakin Koalisiyanın Mərkəzi Seçki Komissiyasına müraciətindən sonra problem operativ həllini tapıb. Mərkəzi Seçki Komissiyası ölkə ictimaiyyətini səsvermənin gedişi və nəticələri haqqında davamlı məlumatlandırıb. Seçki məntəqələrində media subyektlərinin, jurnalistlərin peşə fəaliyyətini həyata keçirilməsinə tam şərait yaradılıb”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
53
1
modern.az

8Источники