Dünən Milli Məclisə növbəti seçkilər keçirildi. Açıqlanan nəticələrə əsasən, hakim Yeni Azərbaycan Partiyasından əlavə, bir sıra müxalifət partiyalarının nümayəndələri və bitərəflər də deputat mandatı əldə etdilər.
Turkustan.az Yenisabah.az-a istinadla Milli Məclisdə təmsil olunmaq hüququ qazanan müxalifət partiyaları və üzvlərinin siyahısını təqdim edir:
10 saylı Binəqədi üçüncü Seçki Dairəsi - Musayev Elşad Nəbi oğlu (BAP)
16 saylı Yasamal ikinci Seçki Dairəsi - Qədirli Erkin Toğrul oğlu (REAL)
22 saylı Nəsimi-Yasamal Seçki Dairəsi - Mollazadə Asim Nazim oğlu (DİP)
26 saylı Sabunçu birinci Seçki Dairəsi - Mustafa Fazil Qəzənfər oğlu (BQP)
27 saylı Sabunçu ikinci Seçki Dairəsi - Əlizadə Arzuxan Baxşəli oğlu (AMİP)
36 saylı Xətai-Suraxanı Seçki Dairəsi - Həsənquliyev Qüdrət Müzəffər oğlu (ƏHD)
63 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsi - Hüseynov Rəfael Baba oğlu (VHP)
70 saylı Neftçala Seçki Dairəsi - Rüstəmxanlı Tənzilə Yolçu qızı (VHP)
73 saylı Masallı-Cəlilabad Seçki Dairəsi - İbrahimli Fəzail Feyruz oğlu (VHP)
81 saylı İmişli Seçki Dairəsi - Nurullayev Razi Qulaməli oğlu (MCP)
90 saylı Ağsu Seçki Dairəsi - Mirzəbəyli Elçin Əbdülrəhim oğlu (ƏHD)