RU

Bayden administrasiyası uşaq və narkotik alverində ittiham olunur

"Bayden administrasiyası  uşaq alverində iştirak edib".

Bakıvaxtı.az "The New York Post" qəzetinə istinadən xəbər verir ki, bu sözləri "Goya Foods" şirkətinin baş direktoru Robert Unanue deyib.

O , ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harrisin administrasiyasını uşaq və narkotik alverində şəriklikdə günahlandırıb.

Vaşinqtonun ölkənin cənub sərhədinə nəzarət edə bilməməsinə işarə edən Robertin sözlərinə görə, onlarla Salvadorlu dəstə üzvləri, eləcə də Venesuela və digər ölkələrdən olan dəstələr ABŞ-də şəhərətrafı məhəllələri dağıdıb və insanları qorxudurlar:

"Kamala Harrisin vitse-prezidentliyinin əsas sahələrindən biri qeyri-qanuni immiqrasiya məsələsi olub , çünki Trampın məhdudiyyətlərinin əksəriyyəti Bayden dövründə ləğv edilib. Mərkəzi Amerika ölkələrinin rəhbərləri ilə qaçqın axınının azalmasına qarşı mübarizə tədbirlərinin işlənib hazırlanmasına baxmayaraq, qeyri-qanuni sərhəd keçidlərinin sayı rekord həddə çatıb".

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
135
33
bakivaxti.az

10Источники