RU

M-12 magistralında baş verən qəzada 8 nəfər ölüb

...Nijni Novqorod vilayətində M-12 Vostok magistralında baş verən avtomobil qəzasında 8 nəfər ölüb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, naməlum səbəbdən Moskvaya gedən mikroavtobus dayanacağa çırpılaraq aşıb.

Beş nəfər ağır yaralanıb.

TASS xəbər verir ki, yaralılar təcili yardım maşınları və aviasiya helikopteri ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Qeyd edilməlidir ki,M-12 Vostok pullu avtomobil yolu Moskva və Kazanı birləşdirir. Onun üzərində icazə verilən maksimal sürət saatda 110 kilometrdir.

Nazlı Almuradova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
78
29
sia.az

10Источники