RU

Ruslar uşaq evinə zərbə endirdi

Sentyabrın 1-i axşam saatlarında rus hərbçiləri Sum şəhərindəki təhsil müəssisəsinə zərbə endiriblər. Hücum nəticəsində yaralananlar var.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, ruslar uşaqların sosial-psixoloji reabilitasiyası mərkəzinin və uşaq evinin yerləşdiyi binaya raket zərbəsi endiriblər:

"Hadisə yerində bütün lazımi xidmətlər mövcuddur. İnsanlara tibbi yardım göstərilir. Düşmən hücumunun nəticələri aydınlaşdırılır".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
91
35
milli.az

10Источники