RU

Erməniəsilli şəxs azərbaycanlılara qarşı bomba hazırlamaqda ittiham olunur

ABŞ-nin Çikaqo Universitetinin tələbə yataqxanasında ermənilərə partlayıcı maddələr hazırlamağa kömək etməkdə təqsirləndirilən şəxs saxlanılıb.

Bu barədə ABŞ Ədliyyə nazirliyi məlumat yayıb.

21 yaşlı Aram Brunson hiylə, sxem və ya cihazla maddi faktı saxtalaşdırmaq, gizlətmək və ört-basdır etmək, federal məmurlara yalan ifadələr verməkdə ittiham olunur.

Brunsonun İrəvanda yaşadığı və oradakı Amerika Universitetində oxuduğu güman edilir.

Bu şəxsin əməlləri Çikaqo universitetinin yataqxanasında partlayış törətdikdən sonra ortaya çıxıb.

Məlum olub ki, o, yataqxananı bomba hazırlamaq bacarıqlarını inkişaf etdirmək üçün labaratoriya kimi istifadə edirmiş.

İttiham sənədlərində, Brunsonun bomba hazırlamaq fəaliyyəti Qarabağda etnik ermənilərə guya təhlükə yaradan azərbaycanlılara və başqalarına qarşı silahlı fəaliyyət göstərmək istəyi ilə əlaqələndirilir.

Sonrakı araşdırmalar Brunsonun Ermənistanın məqsədlərini dəstəkləmək üçün birbaşa terror fəaliyyəti ilə məşğul olmaq istədiyini ortaya qoyub.

Həmçinin, Brunsonun özünü partlayıcı cihazlar hazırlamaq, qapı və masaların qumbaralarla təchiz edilməsini göstərən videolar çəkdiyi iddia olunur. Onun internetdəki axtarışları da, ABŞ-da xarici diplomatik obyektlərə qarşı cinayət törətməyə planlaşdırdığını göstərir.

Məhkəmə sənədlərinə görə, 2023-cü ilin avqustunda, Brunson Bostondan Ermənistana səfərə çıxarkən baqajında olan qeyri-adi və çox təhlükəli partlayıcı maddələrə görə hava limanının həyəcan siqnalı işə düşüb.

Axtarış zamanı Brunsonun Nyuton ştatındakı evində həmin partlayıcını hazırlamaq üçün resept tapılıb.

***

Amerika mətbuatında Aram Brunsonla bağlı yeni məlumatlar dərc olunub.

“Chicago Sun-Times” qəzetinin məlumatına görə, Brunson saxlanılmayıb, o azərbaycanlılara qarşı sui-qəsd təşkil etmək məqsədilə bomba hazırlamaqda ittiham olunur.

Belə ki, o, əvvəlcə səlahiyyətlilərə yalan danışaraq telefonu qara toz vasitəsilə internet oyununu təqlid etməyə çalışdığını deyib. Federal prokurorlar bildiriblər ki, əlavə araşdırmalar zamanı Brunsonun tamaşaçılara bomba hazırlamağı öyrətməsi barədə video çəkdiyi məlum edilib.

O, həmçinin Loqan Beynəlxalq Hava Limanında çantasında aşkar edilən partlayıcı maddələrə görə federal məmurlara yalan ifadə verməkdə təqsirli bilinir. ABŞ-da ona qarşı federal axtarış elan olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
87
33
sportinfo.az

10Источники