RU

“Seçki prosesini 22 beynəlxalq media qurumunun nümayəndələri izləyir” - Məzahir Pənahov

“1 sentyabr tarixində keçirilən növbədənkənar parlament seçkilərini 22 beynəlxalq media qurumunun nümayəndələri izləyir”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransı zamanı MSK sədri Məzahir Pənahov deyib.

O bildirib ki, yerli media kimi beynəlxalq media nümayəndələri də seçki prosesini izləyə və müşahidəçilərdən müsahibələr götürə bilərlər: “Bu gün media nümayəndələrinin aktiv olması mühümdür".

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə 56 məntəqə üzrə 42 min nəfər səsvermədə iştirak edəcək”.

Müəllif: Səbinə Hüseynli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
43
36
sia.az

10Источники