RU

“İdarəetmə sistemlərinin daxili auditi” kitabının təqdimat mərasimi keçirilib




2024-cü il avqust ayının 29-da “Bakı KOB Evi”ndə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən “İdarəetmə sistemlərinin daxili auditi” kitabının təqdimat mərasimi keçirilib.

Newscenter.az xəbər verir ki, təqdimat mərasimində dövlət və özəl qurumların rəhbər və əməkdaşları, iş adamları, mütəxəssislər, təhsil və elmi ictimaiyyətin nümayəndələri iştirak edib.

Tədbirdə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin sədri Samir Novruzlu çıxış edərək rəhbərlik etdiyi təşkilatın 17 illik fəaliyyətindən, eyni zamanda həyata keçirdiyi layihə və tədbirlərdən danışıb. Assosiasiya sədri tədbirin keçirilmə məqsədini, “İdarəetmə sistemlərinin daxili auditi” kitabının hazırlanma zərurətini, onun müəssisələrimiz və mütəxəssislər üçün nəzəri və praktiki vəsait kimi əhəmiyyətini qeyd edib. S. Novruzlu kitabın Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyninin maliyyə dəstəyi ilə nəşr olunduğunu bildirib.

Daha sonra çıxış üçün söz “Norm” ASC-nin Tikinti materialları üzrə rəhbəri Namik Kazımova verilib. Səhmdar Cəmiyyətinin nümayəndəsi daxili auditin təşkilatların və şirkətlərin məhsul, proses və idarəetmə sistemlərinin vəziyyətinin müəyyənləşdirilməsində və qiymətləndirilməsindəki rolundan danışıb.

Təqdimat mərasimində Keyfiyyət Assosiasiyasının İdarə heyətinin üzvü, “Aqrar Tədarük və Təchizat” ASC-də keyfiyyətin idarə edilməsi şöbəsinin müdiri, Qalib Şərifov “Daxili auditin yerli müəssisələrdə effektiv tətbiqinə kitabın töhfəsi” mövzusunda çıxış edib. O, daxili auditi təşkilatın idarəetmə sisteminin vəziyyətinin müəyyən edilməsi üçün effektiv vasitə, eyni zamanda həmin sistemin yaxşılaşdırılmasına köməklik edən təminatverici və məsləhətverici fəaliyyət kimi qiymətləndirib.
Избранный
104
1
newscenter.az

10Источники