Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəpaytaxtın Nəsimi, Suraxanı və Yasamal rayonlarının ərazisindəvətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdəqalması barədə məlumatlar daxil olub.
Trend-in FHN-nin mətbuatından əldə etdiyi məlumata əsasən,FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhalçağırış üzrə cəlb olunublar.
Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirlərinəticəsində ümumilikdə 6 nəfər azyaşlı xilas edilərək aidiyyətiüzrə təhvil verilib.