RU

VHP-nin seçki təşviqatı ilə bağlı bəyanatı

1 sentyabr parlament seçkilərinin təşviqat dönəmində namizədlərə qarşı istifadə olunan təhqir və böhtan kampaniyası ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyası bəyanat verib. Bəyanatda deyilir:
“Növbədənkənar parlament seçkilərinin təşviqat kampaniyası başa çatır. Bu, mahiyyətcə yeni dövr seçkisidir, ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan üçün tarixi bir seçki olaraq əvvəlkilərdən ciddi fərqlənir. Vətəndaş Həmrəyliyi Partiyası müstəqil Azərbaycanın ən böyük seçki təcrübəsi olan partiyalardan biri kimi seçkidə 17 namizədlə təmsil olunur. Təəssüf ki, seçkidə iştirak edən və etməyən bəzi qüvvələr normal təşviqat prosesi əvəzinə seçkiyə qatılanları yenə də təhqir etmək, aşağılamaq yarışına girişib. Siyasi mübarizəni, xüsusilə seçki mübarizəsini təhqir, böhtan, şəxsiyyəti aşağılamaq üzərində qurmaq nəinki qanunla, həm də Azərbaycan mentaliteti baxımdan qəbuledilən deyil! Bu, heç bir ictimai kəsimi və heç bir siyasətçini irəli apara, onlara hörmət qazandıra bilməz. Seçkidə iştirak edın siyasi partiyaları, siyasətçiləri, müstəqil şəxsləri, tanınmış ictimai-siyasi xadimləri seçkidə iştirak etdikləri üçün təhqir eləmək, söymək, seçkini indidən şübhə altına almaq əslində hüquqların pozulmasıdır, qanun pozuntusudur. Hər hansı namizədə və siyasi partiyaya qarşı tənqid ola bilər, amma təhqir və böhtana yol verilirlirsə şübhəsiz ki, bu, hüquqi məsuliyyət yaradır.
Vətəndaş Həmrəyliyi Partiyası əxlaqdan və qanunlardan uzaq mübarizə yolu tutan həmin şəxslərə bildirir ki, müxtəlif social şəbəkələrdə təhqir və böhtana, başqasının şərəf və ləyaqətini aşağılayan hərəkətlərə yol verən heç kim məsuliyyətdən yayına bilməyəcək! VHP seçkidə iştirak edən namizədlərinin təhqirə və böhtana məruz qalması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək hüququna malikdir və bu hüquqdan istifadə edəcəkdir”.Short URL: https://www.cumhuriyyet.net/?p=203364

Избранный
107
cumhuriyyet.net

1Источники