RU

Lerik sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində Lerik Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən əməliyyat-profilaktiki tədbirlər davam etdirilir.
Oxu.Az xəbər verir ki, keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində son bir ay ərzində 13 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif markalı ov tüfəngləri aşkarlanıb, 7 nəfər isə qanunsuz saxladığı ov silahını könüllü olaraq polisə təhvil verib.
Ümumilikdə isə, cari ilin ötən dövrü ərzində Lerik RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat və profilaktiki tədbirlər nəticəsində 3 ədəd "Kalaşnikov" avtomatı və qanunsuz saxlanılan 31 ədəd ov tüfəngi götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
93
48
oxu.az

10Источники