RU

“Ermənistanın xarici siyasəti narahatlıq doğurur” - Rusiyanın Bakıdakı səfiri bəyanat verdi

Hazırda xarici işlər nazirləri səviyyəsində regional “3+3” formatında növbəti görüşün vaxtı razılaşdırılır.

“AzPolitika” xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Evdokimov “RİA Novosti”-yə müsahibəsində bildirib.

O bəyan edib ki, regiona kənardan müdaxiləyə ehtiyac yoxdur və Cənubi Qafqaz dövlətləri mövcud problemləri özləri həll etməlidirlər. Bunun üçün o, effektiv platforma kimi "3+3"-ü qeyd edib.

Bunun fonunda o, Ermənistanın xarici siyasətini narahatlıq doğurduğunu bildirib.

“3+3” 44 günlük Qarabağ müharibəsindən sonra Türkiyənin təşəbbüsü ilə Rusiyanın dəstəklədiyi regional əməkdaşlıq formatıdır. Bu, üç Cənubi Qafqaz ölkəsinin - Gürcüstan, Ermənistan və Azərbaycanın, eləcə də regionun üç dövlətinin - Rusiya, Türkiyə və İranın iştirakını nəzərdə tutur. Gürcüstan Rusiya ilə münaqişələrə görə platformaya qoşulmadığını açıqlayıb.

Bu formatda ilk görüş 2021-ci ilin sonunda olub və işin davam etdirilməsi ilə bağlı tez-tez açıqlamalar verilməsinə baxmayaraq, başqa görüş keçirilməyib.

2023-cü il oktyabrın sonunda Tehranda xarici işlər nazirləri səviyyəsində “3+3” formatında ilk görüş yenidən Tbilisinin iştirakı olmadan baş tutub.

“AzPolitika.info”

Избранный
83
50
azpolitika.info

10Источники