Suriyanın Deyr əz-Zor əyalətində İranın dəstəklədiyi qruplar kamikadze pilotsuz uçuş aparatları (PUA) ilə ABŞ ordusunun yerləşdiyi bazaya hücuma cəhd edib. Bazadakı hava hücumundan müdafiə sistemləri PUA-ları hədəflərinə çatmamış məhv edib.
Turkustan.az xəbər verir ki, Deyr əz-Zorda Fərat çayının qərb sahilində İranın dəstəklədiyi qruplar gecə saatlarında ABŞ qüvvələrinin yerləşdiyi Koniko Qaz Təsislərində bazaya kamikadze İHA-larla hücuma cəhd edib.
Bazadakı hava hücumundan müdafiə sistemləri PUA-ları hədəflərinə çatmamış məhv edib.
Hadisə ilə bağlı ABŞ-dan hələlik heç bir açıqlama verilməyib.
ABŞ ordusunun Haseke və Deyr əz-Zor əyalətlərindəki bazaları 2023-cü ilin oktyabr ayından bəri tez-tez raket və kamikadze PUA-larla hədəfə alınır.
Fərat çayının şərqindəki Deyr əz-Zor torpaqları ABŞ-ın dəstəklədiyi terror təşkilatı PKK/YPG-nin işğalı altındadır, şəhər mərkəzi və digər kənd yerləri isə Bəşər Əsəd rejimi və İranın dəstəklədiyi qrupların nəzarətindədir.
Eltac Zülfüqaroğlu/Turkustan.az