RU

Uğurun memarı

Təqdimat: Zaidov Mirəzim Həsən oğlu, 1968-ci ildə Yardımlı rayonu Gölyeri kəndində doğulub. 1995-ci ildə Azərbaycan Tibb Universitetini bitirən Mirəzim həkim Türkiyədə təhsilini davam etdirmiş, İsveçrənin Montre Universitetinin fəxri professoru adını almış, Türk dünyası Beynəlxalq Araşdırmalar Akademiyasının Atatürk beynəlxalq mükafatına layiq görülmüşdür. Beynəlxalq tədbirlərdə dəfələrlə Azərbaycanımızı layiqincə təmsil etmişdir.
Mirəzim Zaidov bu günə qədər minlərlə şəhid, qazi və aztəminatlı ailələrə təmənnasız xidmət göstərmişdir.
Mirəzim Zaidov 13 saylı Xəzər ikinci seçki dairəsindən MCP-nin üzvü kimi deputatlığa namizədliyini vermişdir. Geniş tərkibdə seşki platformasına malik olan Zaidov üçün ərazi üzrə yol-nəqliyyat, infrastruktur layihələrin həyata keçirilməsi;
-sosial həssas təbəqənin təminatı ilə bağlı, sakinlərin sağlamlığının qorunması və icbari tibbi sığortanın tətbiqinin genişləndirilməsi;
-təhsil sistemində keyfiyyətli tədrisin təşkili ilə bağlı konkret dövlət proqramının hazırlanması;
-əhalinin məşğulluğu, yeni iş yerlərinin yaradılması ilə bağlı layihələrin həyata keçirilməsi başlıca məqsəddir.
“Binəmizi və Qalamızı inkişafa doğru birlikdə aparaq!”-Zaidovun seçki platformasının ən əsas şüarıdır.
İnanırıq ki, 13 saylı Xəzər ikunci seçki dairəsindən ndamizəd olan Mirəzim Zaidov sentyabrın 1-də keçiriləcək MM -ə seçkilərdə qalib gələrək ona göstərilən etimadı layiqincə doğruldacaq. Çünki keçdiyi həyat yolu, fəaliyyəti bunu deməyə əsas verir.
Uğur olsun, həkim!!!Short URL: https://www.cumhuriyyet.net/?p=203357

Избранный
118
cumhuriyyet.net

1Источники