Rusiya müdafiə nazirinin keçmiş müavini, ordu generalı Pavel Popov bu gün Rusiya İstintaq Komitəsi tərəfindən saxlanılıb.
Missiya.Az Mash Telegram kanalına istinadən xəbər verir ki, Pavel Popov Moskva yaxınlığındakı Patriot parkının direktoru Vyaçeslav Əhmədov və Rusiya Müdafiə Nazirliyinin İnnovativ İnkişaf Baş İdarəsinin rəis müavini Vladimir Şesterovun ifadəsi əsasında saxlanılıb.
Müstəntiqlərin fikrincə, ehtiyatda olan ordu generalı 2021-ci ildən 2024-cü ilə qədər olan dövrdə parkın hesabına varlanıb və müxtəlif maliyyə maxinasiyaları təşkil edib.
ElcanMissiya.Az