RU

Nə peyvəndi var, nə də müalicəsi... Ağcaqanad can aldı! » Medical Media




ABŞ-da Şərqi At Ensefaliti (EEEV) virusuna yoluxan şəxs dünyasını dəyişib.


Medicalmedia.az
xəbər verir ki, ABŞ-ın Nyu-Hempşir əyalətinin səhiyyə rəsmiləri dünən bir vətəndaşın ağcaqanad dişləməsi ilə ötürülən EEEV virusu səbəbindən öldüyünü açıqlayıb.

Bildirilib ki, EEEV Massaçusets və Vermont ştatlarında da aşkar edilib.

Səlahiyyətlilər, bunun 2014-cü ildə üç nəfərin xəstəliyə tutulmasından və iki nəfərin ölməsindən sonra Nyu-Hempşirdə bildirilən ilk EEEV hadisəsi olduğunu vurğulayıb.

Избранный
51
medicalmedia.az

1Источники