RU

AXISXA TÜRKLƏRİ İLƏ RAFAEL HÜSEYNOVUN GÖRÜŞÜNDƏ BU XALQIN TARİXİ TALEYİ VƏ PERSPEKTİVLƏRİNDƏN DANIŞILDI

Hacıqabul rayonunun Meyniman kəndində yaşayan Axısxa türləri ilə avqustun 28-də Milli Məclisə növbəti seçkilərin təbliğat-təşviqat kompaniyası çərçivəsində görüşən 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən deputatlığa namizəd Rafael Hüseynov bu mövzunun illərdən bəri onun üçün dogma olduğunu bildirdi.
O xatırlatdı ki, Axısxa türkləri arasından çıxmış görkəmli şəxsiyyətlər haqqında silsilə məqalələrin və kitabların müəllifi olmaqla yanaşı, bu insanların daim arzusunda olduqları öz tarixi vətənlərinə qayıtmaq məsələsi ilə bağlı da vaxtilə Avropa Şurası Parlamentv Asssambleyasında çıxışlar etiş, sənədlər hazırlamışdır.
Arxada qalan illərdə də bu bölgədən seçilmiş deputat kimi Azısxa türklərinin problemləri ilə daim maraqlandığını söyləyən Rafael Hüseynov qarşıdan kədərli bir yubileyin gəldiyini, bu ilin noyabrından Axısxa türklərinin 1944-cü ildə sovet siyasətinin nəticəsi kimi öz tarixi vətənlərindən – Gürcüstandakı Mesxetiya bölgəsindən Mərkəzi Asiyaya məcburən sürgün edilmələrinin 80 ilinin tamam olduğunu yada salıb.
O qeyd edib ki, bununla bağlı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin Mirzə Baxış Nadim adına Şirvan filialı xətti ilə cari ilin sonlarında elmi sessiya keçirilməsi planlaşdırılır.
Hacıqabulun ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirak edən Axısxa türklərinin problem və qayğıları ilə bağlı da ətraflı fikir mübadiləsi apaıldı, bu istiqamətdə əməli nəticələrə nail olmaqdan ötrü mümkün yollar müzakirə edildi. Short URL: https://www.cumhuriyyet.net/?p=203334

Избранный
108
2
cumhuriyyet.net

3Источники