RU

İcra hakimiyyətinin rəsmisi deputatlığa namizədin görüşünə dəstək verir

Şəkildə işarələnmiş şəxs 30 ilə yaxındır ki, Biləsuvarın Aranlı və Çinarlı kənd icra nümayəndəsi vəzifəsində çalışan İbayev Habil İmaş oğludur. 

O, 69 saylı Biləsuvar Seçki Dairəsindən namizəd olan Bəhruz Məhərrəmovun görüşündə iştirak edir. 

Bu barədə bitərəf namizəd Nurlan Mirəli məlumat yayıb

Nurlan Mirəli Biləsvuraın icra başçısı Faiq Qürbətovu "Feysbuk"da tag edərək ona: "Bu adam hələ də vəzifəsinin nə olduğun bilmir. Əslində onda günah görmürəm. Siz Bəhruzun şəkilin layk edəndə işçiniz də təbliğat təşviqat kompaniyasın aparacaq. Və bu adamlar Biləsuvar Rayon İcra Hakimiyyətinin aynasıdır, sizin fəaliyyətinizi əks etdirilər", - deyə müraciət edib.

İcra başçısı Faiq Qürbətov isə namizədin bu postuna heç bir cavab yazmayıb. 
 
Nurlan Mirəli digər postunda isə qeyd edib ki, onun lövhəyə vurduğu namizədlik posterini cırıblar. Bunun yerli qurumlar tərəfindən edildiyini bildirən namizəd qeyd edib ki, rayon rəhbərliyi faktiki Bəhruz Məhərrəmovun seçilməsi üçün bütün adminstrativ rusursları səfərbər edib.


***

Bəhruz Məhərrəmovun avtobioqrafiyasında qeyd olunur ki, o, hüquqşünas alim, hüquq üzrə fəlsəfə doktoru, dosentdir. 

Bununla yanaşı, Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı, Vəkillər Kollegiyasının üzvüdür.

2012-ci ildən BDU hüquq fakültəsində elmi-pedaqoji fəaliyyətlə məşğuldur.

Hakimiyyətin Milli Məclisdəki "bitərəf" deputatlarındandır. 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
111
38
arqument.az

10Источники