RU

İsrail "Hizbullah"ın hərbi texnika daşyan yük maşınını vurub

Ötən gecə İsrail Hərbi Hava Qüvvələri Livanın şərqindəki Beka bölgəsində hərəkət edən yük maşınına dronla hava hücumu edib.

Bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verilir.

Bununla bağlı, "Əl-Məyadin" telekanalı da görüntülər paylaşıb. Eyni zamanda, "Reuters" təhlükəsizlik mənbələrinə istinadən hücuma məruz qalan yük maşınının hərbi texnika daşıdığını qeyd edib.

Təhlükəsizlik mənbələrinin sözlərinə görə, yük maşını zədələnmiş raket buraxılış qurğusunu təmir üçün daşıyırmış.

Mənbə: oxu.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
52
11
oxu.az

8Источники