"İndi vəziyyətim yaxşıdır. Səhhətim yavaş-yavaş qaydasına düşür". Bunu Qaynarinfo-ya açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov deyib. Direktor müayinə və müalicələrinin davam etdiyini vurğulayıb: onlayn aptek"İki dəfə analiz verdim, şükürlər olsun ki, yaxşı çıxıb. Məni bir az incidən səsimdir. O da getdi... Neynəyim, qismət belə imiş. Əsas odur ki, canım sağ olsun". Yadigar Muradov yeni teatr mövsümünə hazırlaşdığını diqqətə çatdırıb: "Qarşıdan yeni teatr mövsümü gəlir. Bir neçə gündən sonra işə çıxacağıq. Qarşıda çoxlu planlarımız var". Qeyd edək ki, Əməkdar artist Yadigar Muradov xərçəng xəstəliyindən əziyyət çəkir.
Paylaş:
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта