RU

MEDİA Agentliyinin Naxçıvan regional idarəsi üzrə ilk “Media könüllüləri” Proqramına qeydiyyat başladı

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsi media sahəsinin inkişafı istiqamətində həyata keçirilən layihələr çərçivəsində gənclərin potensialından daha səmərəli istifadə etmək, onların fərdi və peşəkar inkişafına şərait yaratmaq, media sahəsində gənclərin fəal iştirakını və yaradıcı-innovativ potensialını stimullaşdırmaq, eyni zamanda ölkədə könüllülük hərəkatına dəstək olmaq məqsədi ilə “Media könüllüləri” Proqramına qeydiyyat elan edir.

Proqram müddətində könüllülərin nəzəri və təcrübi biliklər qazanması üçün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müvafiq struktur bölmələrində, həmçinin müxtəlif media subyektlərində təşkil ediləcək təcrübə proqramlarında, təlim və layihələrdə iştirakı nəzərdə tutulur.

Media sahəsində MEDİA könüllüsü olmaq istəyən 18-29 yaş arası gənclər linkə daxil olaraq qeydiyyatdan keçməlidir.

“MEDİA könüllüləri” Proqramı 3 ay müddətində davam edəcəkdir. Könüllülük fəaliyyətini uğurla başa çatdırmış və öz öhdəliklərini yerinə yetirmiş könüllülər Proqramın sonunda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsi tərəfindən sertifikatla təltif olunacaqlar. Müraciət üçün son qeydiyyat tarixi 10 sentyabrdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
59
15
media.gov.az

10Источники