Bakı. Trend:
Avqustun 24-də və 25-də ölkə ərazisində qeydə alınan 77, əvvəlkidövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşlarıtərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, axtarışdaolduğuna görə ümumilikdə 72, o cümlədən borclu şəxs qismindəaxtarışda olan 46 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvilverilib.
Narkotiklərlə əlaqəli 42, qanunsuz saxlanılan silah-sursatıngötürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb.