RU

Azərbaycanın ən böyük gənclər festivalı “Yay Fest”-in 6-cı həftəsi uğurla başa çatıb

Bakı. TurkicWorld

Ümumilikdə 2000-dən çox gəncin iştirak edəcəyi "Yay Fest" uğurla davam edir. Əyləncəli, öyrədici və dinamik atmosferdə yenidən başlayan festivalın 6-cı düşərgəsi başa çatıb.

TurkicWorld xəbər verir ki, “Birlikdə daha yaşıl gələcəyə!” devizi ilə keçirilən çadır tipli düşərgə formatında baş tutan "Yay Fest"-in başlıca məqsədi dövlət gənclər siyasətinə uyğun olaraq gənclər üçün müxtəlif sahələrdə yaradılan geniş imkanların təşviqinə, gənclərin inkişafı və onların asudə vaxtının səmərəli və əyləncəli keçirməsinə, o cümlədən müxtəlif bölgələrdən olan gənclərin şəbəkələşməsinə və sosiallaşmasına dəstək vermək olub.

Xüsusi vurğulayaq ki, Prezident İlham Əliyevin Sərəncamına, əsasən, Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunmasının və COP29 kimi mötəbər tədbirə ölkəmizin ev sahibliyi etməsinin vacibliyini nəzərə alaraq, bu ilki düşərgədə seçilən mövzular ekologiya, ətraf mühitin mühafizəsi və COP29-a həsr olunub.

İyulun 15-dən etibarən başlayan "Yay Fest" -in 6-cı düşərgəsi 19-23 avqust tarixlərində gənclər üçün unudulmaz, əyləncəli, yadda qalan və öyrədici olub. Təbiət qoynunda təşkil olunan ekoloji oyunlar, məşhur bloqerlərlə panel görüşlər, komanda işləri, haykinq və əyləncəli fəaliyyətlər gənclərə həm maraqlı, həm də öyrədici təcrübə yaşadıb. Həmçinin, düşərgə iştirakçıları müxtəlif bölgələrdən olan yaşıdları ilə tanış olub, yeni dostluqlar quraraq şəbəkələşmənin və sosiallaşmanın vacibliyini bir daha anlayıblar. Gənclər üçün hazırlanmış maraqlı və dinamik proqram, onların həm asudə vaxtını səmərəli keçirməsinə, həm də şəxsi və peşəkar inkişafına töhfə verib.

Düşərgə çərçivəsində "IDEA" İctimai Birliyi tərəfindən keçirilən təlimlər və interaktiv fəaliyyətlər gənclərin ekoloji maariflənməsini artırmaqla yanaşı, onların ekoloji təhlükəsizliyə məsuliyyətli yanaşmasını təşviq edib.

Eyni zamanda, COP29 Azərbaycan Əməliyyat Şirkətinin ekspertləri tərəfindən dayanıqlılıq, ətraf mühitin mühafizəsi, iqlim dəyişmələrinin təsirlərinin azaldılması kimi müxtəlif mövzularda intensiv təlimlər təşkil olunub.

Gəncliyin enerji dolu atmosferi olan "Yay Fest" gənclər üçün əyləncə və dinamik bir mühit yaratmaq üçün öyrənmə imkanları ilə zəngindir. "Yay Fest" barədə məlumat əldə etmək, maraqlı, əyləncəli proqramlarla zəngin olan bu möhtəşəm tədbirdə iştirak şansı əldə etmək üçün "Yay Fest"in "Instagram" ( www.instagram.com/yayfest.az/) səhifəsini izləyin.

Qeyd edək ki, bu il "Yay Fest" Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "IDEA" İctimai Birliyi, COP29 Sədrliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, "CAVAN" Gənclər Hərəkatı İctimai Birliyi və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
63
13
turkic.world

10Источники