RU

İki güləşçimiz dünya çempionatında bürünc medal QAZANDI

İordaniyanın paytaxtı Ammanda keçirilən sərbəst güləş üzrə 17 yaşadək yeniyetmələr arasında dünya çempionatında mübarizəyə start verilib.

Bizim.Media xəbər verir ki, çempionatın beşinci günündə Azərbaycanın iki sərbəst güləşçisi bürünc medal qazanıb.

Hüseyn Hüseynov (55 kiloqram) startda türkmənistanlı Azatberdi Aşırquliyevdən güclü olub – 3:1. Həmyerlimiz daha sonra tunisli Mokbel Sahliyə heç bir şans verməyib – 11:1. Hüseyn yarımfinalda Puerto-Riko təmsilçisi Josef Baxmana 2:5 hesabı ilə məğlub olub.

Bürünc medal uğrunda yarışda Hüseynov ermənistanlı Qaqik Qazaryanı 2:1 hesabı ilə üstələyərək dünya çempionatını 3-cü pillədə başa vurub.

Muxamad Qantemirov (110 kiloqram) 1/8 finalda amerikalı Maykl Mokkoya uduzub – 6:16. Belaruslu Yaraslav Koxan təsəlliverici görüşə gəlmədiyi üçün Qantemirov birbaşa üçüncü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Gürcüstanlı Qiqiya Lukunidze üzərində inamlı qələbə (7:0) qazanan Muxamad bürünc mükafatı boynundan asıb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
58
16
bizim.media

10Источники