RU

Gənc seçici: “Fəxr edirəm ki, ilk səsəverməm bütöv Azərbaycanda keçirilən parlament seçkilərinə təsadüf edir”

"Vətən müharibəsində əldə etdiyimiz qələbə xüsusilə biz gənclər üçün olduqca mühümdür. Bu zəfər ölkəmizin gələcək inkişafında yeni bir mərhələdir. Azərbaycan gənci olaraq həm dövlətimizin uğurları ilə fəxr edir, həm də gələcək inkişaf perspektivində iştirakçı olmağa hazırıq. Qalib ölkənin vətəndaşı olmaq qürurvericidir. Mən əslən Zəngilan rayonundanam və fəxr edirəm ki, ilk səsəverməm bütöv Azərbaycanda keçirilən parlament seçkilərinə təsadüf edir".

Bu sözləri "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında sentyabrın 1-də keçiriləcək seçkilərdə ilk dəfə səs verəcək Aysu Qululu deyib.

Gənc seçici qeyd edib ki, sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilər onun üçün xüsusi əhəmiyyət daşıyır: “Biz gənclər üçün bu seçkilərdə iştirak etmək ikiqat bayram əhvalı formalaşdırır. Çünki, bu seçkilər ölkəmizin gələcəyi üçün yeni imkanlar, yeni üfiqlər açır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
122
11
sia.az

10Источники