Rus əsgəri öz hərbi bazasını partladıb Ukraynaya qaçdı - VİDEO/FOTO
Rus əsgəri Ukraynaya qaçmazdan əvvəl öz bölməsinin bazasını partladıb.Manset.az bu barədə "Haberler.com"a istinadən xəbər verir. Məlumata görə, “Gümüş” kod adlı əsgər “Putin üçün ölmək istəmirəm” deyərək öz bölməsinin bazasını partladıb və Ukraynaya qaçıb. Hadisə Rusiyanın "Storm-Z" hərbi hissəsində baş verib. Görüntülərdə əsgərlərin yatmazdan əvvəl silahını təmizlədiyi və anidən yataqxanada baş verən partlayış aydın əks olunub. Qeyd edək ki, yataqxanada baş verən yanğında batalyon komandiri ilə birlikdə 15 nəfər ağır yaralanıb. Ətraflı videomaterialda:Fidan ƏliyevaManşet.az