Rusiyanın Volqoqrad vilayətində koloniyanı ələ keçirən məhbuslar tələblər irəli sürüblər - helikopter və iki milyon dollar.
Publika.az xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.
Avqustun 23-də günortadan sonra Volqoqrad vilayətinin Surovikino şəhərindəki 19 saylı islah koloniyasında bir neçə nəfər girov götürülüb . Bu, intizam komissiyasının iclası zamanı baş verib. İlkin məlumatlara görə, hücum edənlər "İslam Dövləti" mənsub olduqlarını bəyan ediblər.
Müxtəlif mənbələrə görə, birdən üçə qədər koloniya işçisi hücumun qurbanı olub.