"Liverpul"un mərkəz müdafiəçisi Sepp van den Berq digər İngiltərə klubuna keçib.
Fanat.Az xəbər verir ki, o, "Brentford"la 5 illik müqavilə bağlayıb.
Məlumatı klubun rəsmi saytı yayıb.
22 yaşlı van den Berq ötən mövsüm icarə əsasında "Maynts"ın formasını geyinib. Almaniya təmsilçisinin sıralarında 36 matça çıxan arxa xətt oyunçusu 3 qol vurub. "Transfermarkt" portalı onun transfer qiymətini 12 milyon avro ilə dəyərləndirir.
Nihat