RU

Rusiyadan müdafiə: NATO qoşunları qonşu ölkədə yerləşdirildi

NATO ölkəni qorumaq üçün Finlandiyada zirehli briqada yerləşdirməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Finlandiyanın “İltalehti” nəşri məlumat yayıb.

Təxminən 4-5 min hərbçidən ibarət briqada Rusiya ilə sərhəddən 100 kilometrdən bir qədər çox məsafədə yerləşən Mikkeli şəhərində dislokasiya ediləcək.

Rəsmi mənbələr nəşrə deyiblər ki, artıq qərar qəbul edilib, alyans və Finlandiya yaxın həftələrdə Mikkelidə NATO qərargahının yaradılmasını açıq və rəsmi şəkildə açıqlayacaq.

Qeyd olunur ki, NATO briqadası üçün silahlar, o cümlədən zirehli maşınlar da Finlandiyada saxlanılacaq.

“Finlandiya müdafiə qüvvələri və dövlət rəhbərliyi belə qənaətə gəlib ki, ölkənin çəkindiriciliyini gücləndirmək üçün Finlandiya ərazisində NATO ölkələrindən olan hərbçilərin olmasına ehtiyac var. NATO briqadasının zabitləri, silahları qoruyan və saxlayan, eləcə də qoşunların maddi-texniki təchizatına cavabdeh olan hərbçilər daimi olaraq Finlandiyada olacaqlar”, - məlumatda qeyd edilir.

Nəşrin iddiasına görə, NATO briqadası quru qüvvələrindən ibarətdir və zərbə qrupu hesab oluna bilər. NATO quru qüvvələri bölgədə həm də Estoniya, Latviya və Litvanı Rusiyadan müdafiə edir.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
143
37
teleqraf.com

10Источники