RU

Sabahdan seçki bülletenlərinin MSK-dan DSK-lara verilməsinə başlanılır

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar sabahdan (avqustun 23-dən) seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyasından (MSK) dairə seçki komissiyalarına verilməsinə başlanır. 

“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, bu barədə MSK sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib. 

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”na əsasən, seçki bülletenlərinin hazırlanması prosesi avqustun 22-dək başa çatdırılmalı idi. Proses yekunlaşdırılıb. Təqvim Planına əsasən, seçki bülletenlərinin MSK-dan DSK-lara verilməsi avqustun 27-dək yekunlaşdırılmalıdır. 

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Избранный
36
30
yeniazerbaycan.com

10Источники