RU

“O vəzifələrdə İslam Rzayevin nəvələri kimi oturmusunuz, bir dəfə onu yada salmırsız”- Sənətkarın qohumundan AÇIQLAMALAR-ÖZƏL+FOTO

“Dayım İslam Rzayevin həyat yoldaşı Leyla xanımdan bir qız övladı dünyaya gəlib və o erkən dünyasını dəyişib. İkinci dəfə Tamara adında xanımla evləndi. Tamara xanımın da öz övladları var idi. İslam dayım xəstə olanda ona qol çəkdirib, prezident verən evlərə yiyə durdular. Belə şeylər kişinin bağrını yardı da. Qanuni yoldaşı ola-ola bunu kim edə bilərdi?! Biz istəsəydik anam da, mən də ondan həmin mal-mülkü geri ala bilərdik. Amma etmədik, istəmədik. Halbuki İslam müəllimin həyat yoldaşı Leyla xanım da bunu bizdən tələb edirdi”

Bunu Medianews.az-a özəl açıqlamasında İslam Rzayevin bacısı qızı Arzu Şəmiyeva deyib.


Arzu xanım iddia edib ki, Tamara xanımın nəvələri bu gün İslam Rzayev adını unudublar:  “İslam dayımın bacıları olub, məni uşaqlıqdan dayım böyüdüb. Mərhum İlhamə Quliyeva dünyasını dəyişdi, var-dövləti bacılarına qaldı. Biz İslam müəllimin doğmalarıyıq. Nəvələri çıxsın da ortalığa. Tamaranın nəvələrini öz nəvələri bilirdi. Dayım o nəvələrin hər birini nazirliyə işə düzətdi. İndi niyə onu yada salmırsınız? Niyə aidiyyatı qurumlara demirsiniz ki, bu kişinin 90 illik yubileyi gəlir?. Maşınlar, bahalı evlər sizdə. Dayım sizi öz doğma nəvələri kimi böyüdüb. Atanızdan görmədiyinizi bu kişidən gördünüz. Bu kişinin zəhməti axı çox olub. Füzuli alındı, dayımın orada adına küçə, musiqi məktəbi olmağını istəyirik. Mənim başım çıxmır, bilmirik necə edək, kimə deyək?! Dayım o uşaqlara toy etdi, bütün incəsənət aləmini dəvət etdi. Hamı İslam müəllimin xətrinə görə gəldi. Sizə pis olmadı ki! Bəs siz niyə bir dəfə niyə onun üçün yubiley təşkil etmirsiniz?! Səbəb nədir? İslam Rzayevin nəvələri kimi o işlərdə oturmusunuz! Mənim onlara əlim çatmır. “Şöhrət” ordeni də onlardadır. Gətirib ordeni versinlər mənə, özüm gedim Mədəniyyət Nazirinin qəbuluna. O uşaqların hər biri sakit, mədəni, tərbiyəli övladlardır. Mənim onlardan ərkim çatır deyə bu sözləri deyirəm. Hamı bilirdi ki, Nəsimi bazarının yanında İslamın bacısı var. Elə o uşaqlar onu bizə gətirirdi. Həmin evdir, həmin İslamın doğmalarıyıq da. Niyə bir dəfə maraqlanmırlar?! Mənim də küsdüyüm budur da. Hələ bir dəfə qapımızı açmayıblar. Gəlib-getsəydilər elə bilərdim ki, İslam dayım bizə gəlib. Sevinərdim! Təəssüf ki, biz bunu görmürük. Mən onun qızı kimi idim, o nəvələr də oğlanları. Biz bacı-qardaş sayılırıq da. Onlar məni itirib-axtarmalıdırlar, uşaq deyiləm ki.. Mən demirəm ki, gəlin mənə köməklik edin. Mənim heç buna ehtiyacım da yoxdur. Dayım hamıya təmənnasız yaxşılıq edirdi. Onun yasında bütün musiqiçilər, müğənnilər hönkürtü ilə ağlayırdılar. Çünki hamısına çörək verib, yaxşılıq edib. Dayım yetimçiliklə böyüyüb. Atası müharibəyə gedib gəlməyib, nənəmiz Nabat xanım onları zülmlə böyüyüb. Dayımı dövlətimiz, prezidentimiz hər şeylə təmin etmişdi”.

Qeyd: İddialarla bağlı qarşı tərəfin fikirlərini də dərc etməyə hazırıq.

Избранный
126
50
medianews.az

10Источники