RU

Ukrayna Kurskda mühüm yaşayış məntəqəsi uğrunda döyüşə başlayır - “Bild“

Kreml Ukraynanın Kursk vilayətinə ardıcıl hücumlarını dayandıra bilmir. Hazırda Ukrayna Silahlı Qüvvələri növbəti böyük rus kəndi olan Korenevo uğrunda döyüşə başlayır.

News365.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Məqalədə açıq məlumatların təhlili üzrə ekspert olan Yulian Röpkenin fikirlərinə də yer ayrılıb. Onun sözlərinə görə, avqustun 20-də Rusiyanın “Şimal” qrupunun teleqram kanalı Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin Korenevo kəndinin girişindən 300 metr məsafədə fəaliyyət göstərməsini əks etdirıən video dərc edib. 

"Bu görüntülər Ukrayna Silahlı Qüvvələrinin bir neçə gündür yaxınlaşdığı Korenevo uğrunda döyüşlərin başladığını təsdiqləyir",- Röpke vurğulayıb.

Onun fikrincə, bu kəndin itirilməsi Vladimir Putinin reputasiyası üçün Sudjanın itirilməsindən də pis olacaq.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Amma Ukraynanın ilk dəfə olaraq Rusiya ərazisinə daxil olaraq Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
131
50
news365.az

10Источники