RU

“Ana dili - Azərbaycan məktəbi” layihəsi üzrə qeydiyyat başlanılır

Avqustun 21-dən Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən həyata keçirilən “Ana dili – Azərbaycan məktəbi” layihəsinə növbəti tədris ili üzrə qeydiyyat prosesi elan edilir.

“Cebheinfo.az” xəbər verir ki, “Ana dili – Azərbaycan məktəbi” ölkəmizdən kənarda yaşayan müxtəlif yaş qruplarından olan soydaşlarımız üçün Azərbaycan dilində məsafədən öyrənmə imkanı təmin edən layihədir.

Layihədə iştirak etmək istəyən şəxslər öz yaş və dilbilmə səviyyələrinə, həmçinin vaxt zonasına uyğun yaradılan qruplarda ana dili dərslərinə cəlb olunurlar. Dərslər həftədə 2 dəfə olmaqla “Microsoft Teams” platforması üzərindən peşəkar müəllimlər tərəfindən ödənişsiz əsaslarla keçirilir. Tədris proqramının məzmununa ölkəmizin tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyəti haqqında məlumatlar daxildir.

Избранный
46
3
cebheinfo.az

10Источники